Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin adı dəyişib.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi barədə fərmanı ilə təsdiqini tapıb.
Dəyişikliklərə əsasən, “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” bundan sonra “Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” adlanacaq.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib