02 aprel 2024 02:39
500

Məktəblilər üçün ultra işlənmiş qidalar zəhərdir - Həkim Myasnikov

Rusiyalı həkim Aleksandr Myasnikovun sözlərinə görə, dünyada artıq çəkili insanların faizi durmadan artır. Məktəbyaşlı uşaqlar isə həyəcanverici statistikaya qoşulur. Sağlamlıq verilişinin teleaparıcısı qeyd edib ki, müasir uşaqların menyusu onu dəhşətə gətirir.

“Hər gün burger, bulka, ağ çörək, külçə və s. Belə qidalanma ümumiyyətlə, zərərlidir”deyən Myasnikov gənc nəslin qida rejimindən narahat olduğunu dilə gətirib. Bildirib ki, məktəbyaşlı uşaqların pəhrizində çoxlu ultra emal olunmuş qidalar var. Bunlara bəzi növ yoqurtlar, fastfud və s. daxildir.

Aleksandr Myasnikov problemə diqqəti cəlb edərək bildirib ki, içində hazır komponent tapmaq mümkün olmayan yeməklər yeməsi  vacibdir.

Şirniyyatlar və hazır şirələr çoxlu şəkər ehtiva edir, buna görə də uşaqlar onları sevirlər, lakin sonra artıq çəki qazanırlar. “ABŞ-da artıq şirin qazlı içkiləri təkcə məktəblərdə deyil, məktəblərin ətrafında müəyyən radiusda satmaq qadağan edilib, çünki bu məhsul uşaqların sağlamlığı üçün olduqca zərərlidir”,-deyə Aleksandr Myasnikov bildirib. O, valideynləri uşaqların nə yediyini izləməyə səsləyib.

Nubar Süleymanova, “İki sahil”