Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən səkkizmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən "İki sahil"ə verilən xəbərə görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən səkkizmərtəbəli çoxmənzilli yaşayış binasının lifti səkkizinci mərtəbəyə keçiddə dayanıb və vətəndaş liftdə köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə lifti yeddinci mərtəbəyə endirib qapını açaraq köməksiz vəziyyətdə qalan sakini xilas ediblər.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib
“AQTA hara baxır?” layihəsinin növbəti buraxılışı sağlamlaşdırma tədbirlərinə həsr olunub - Video