02 aprel 2024 11:57
479

FHN xilasetmə əməliyyatı görüntüləri yayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən 1944-cü il təvəllüdlü qadına müvafiq köməklik göstərilib.