02 aprel 2024 11:40
409

Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçildi

AFFA-ya yeni prezident seçilib.

“İki sahil” xəbər verir ki, qurumun bu gün keçirilən Hesabat-Seçki konfransında SOCAR rəhbəri Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib.

Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdullayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçilib. 

Beləliklə, R.Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olub.