02 aprel 2024 14:26
485

Məktəb psixoloqlarının əsas fəaliyyət istiqamətini nə təşkil edir? - AÇIQLAMA

Ümumi təhsil müəssisələrində psixoloji xidmət göstərən psixoloqlar  təhsilalanlar və təhsil verənlər üçün ilk psixoloji yardımın  göstərilməsi, uşaq və yeniyetmələrin psixi vəziyyətlərinin diaqnostikası, valideyn-məktəb, uşaq-valideyn münasibətlərinin doğru istiqamətdə yönləndirilməsi, həmçinin təhsil müəssisəsinin iştirakçılarına inkişaf etdirici və profilaktik istiqamətlərdə işlərin aparılması ilə məşğul olan şəxsdir. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında 200 saylı Məktəb Lisey Kompleksinin psixoloqu, təlimçi  Günel Paşayeva söyləyib.

Psixoloqun sözlərinə görə, bu məsuliyyətli işdə məqsədimiz çalışdığımız qədər şəxsi inkişaf istiqamətində müxtəlif inkişaf etdirici təlim və seminarlara qatılaraq daha peşəkar və keyfiyyətli xidmət göstərməkdir.

"Məktəb psixoloqlarının əsas fəaliyyət istiqamətini nə təşkil edir” sualına isə həmsöhbətimizin cavabı belə oldu: “Ümumi təhsil müəssisələrində psixoloqlar  əsas bir neçə  istiqamətdə -  psixodiaqnostika, konsultasiya , profilaktika və korreksiya işləri aparırlar. Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində psixoloq ştatı sayının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarına əsasən ümumi təhsil müəssisələri üçün şagird sayı 1000-dək olduqda 1, 1000-dən 3000-dək olduqda 2, 3000-dən çox olduqda isə 3 psixoloq ştatı müəyyən edilib”.

Yaqut Ağaşahqızı, “İki sahil”