02 aprel 2024 16:07
530

Təəssüf ki, məktəblərdə bu gün kifayət qədər psixoloq yoxdur - Deputatdan ŞƏRH

Təhsil sistemində ən önəmli vəzifələrdən biri psixoloqdur. Bu mənada psixoloqların üzərinə böyük vəzifə və məsuliyyət düşür.  Bu, çox ağır və mürəkkəb vəzifədir. Təəssüf ki, məktəblərdə bu gün kifayət qədər psixoloq yoxdur. Onların sayı ilə bağlı ara-sıra şikayətlər olur. Əvvəlki dövrlə müqayisədə psixoloqların sayı bir az artırılsa da, hazırda bu məsələ hələki həllin tapmayıb və tapmadığına görə də  bu problemləri yaşayırıq.

Bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov “İki sahil”ə açıqlamasında bildirdi.

Deputat vurğuladı ki, bu, çox ciddi məsələdir. Buna görə  də daha həssas yanaşmalıyıq. Psixoloqlar övladlarımızla  daha sıx işləməli, fəaliyyət göstərməlidirlər. Çünki hər bir ailənin psixoloji dəstəyə ehtiyac olan övladı ola bilər. Bu mənada bizim psixoloqlarımızın üzərinə mühüm vəzifə düşür ki, onlar bu vəzifəni öhdəsindən layiqincə gəlməli və peşəkar olmalı, ciddi səy göstərməlidirlər ki, hər hansı çətinlik yaşanmasın. Bu vəzifənin də öhdəsindən gəlmək üçün kifayə qədər savad olmalıdır”.

Yaqut Ağaşahqızı, "İki sahil"