03 aprel 2024 03:01
435

Ağalığa namizədlərin məqsədi Ermənistanı deyil, Paşinyanı qorumaqdır

Haylar bu həqiqəti başa düşəndə sarsılacaqlar

Qərb rəsmiləri “Ermənistanı müdafiə edəcəklərini” bəyan edəndə başa düşmək lazımdır ki, söhbət Ermənistan dövlətini  deyil, mövcud hakimiyyəti qorumaqdan gedir. Çünki hamıya quyruq bulayan bu qondarma ölkəyə indiyədək Nikol Paşinyandan üzüyola və yüngülbeyin "başbilən" gəlməyib. Kim onu hara buyurursa, o da müticəinə ora yüyürür. Özünün və ölkəsinin başına nələr gələcəyinin belə fərqinə varmadan. Ola bilər ki, məhz bu baxımdan Hayastanın yeni ağalığına namizədlər ermənilərlə ciddi münasibət saxlamır, ölkənin  ərazisindən isə öz məqsədlərinə çatmaq üçün sınaq meydançası kimi istifadə etməyi planlaşdırırlar. Yəni, Rusiyanın regiondan çıxarılması onların prioritetidir. Bəzi siyasətçilər və politoloqlar Brüssel paktını sadəcə siyasi zarafat kimi də qiymətləndirirlər. Yəni, onlar üçün cırtdan və zəif Hayastan kimdir ki, ona ciddi yanaşsınlar.

Erməni politoloq Sergey Melkonyan da bu fikirdə olduğunu bildirib. Melkonyan “Ermənistanı Rusiyadan qorumağa hazır olduğunu” bəyan edən Böyük Britaniya Müdafiə nazirinin müavininin bəyanatına şərhində bildirib: “Bu bəyanatın kontekstində daha bir kiçik, lakin heç də az vacib olmayan bir detalı qeyd etmək istərdim: Britaniyalı nazirin bu bəyanatı ilə bağlı Ermənistan tərəfindən heç bir şərh verilməyib. Bu, o deməkdir ki, Ermənistan hakimiyyəti Rusiyadan gələn təhdidlərin olması ilə bağlı iddialarla faktiki olaraq razılaşır. Digər tərəfdən, Ermənistanı ölkədəki hakim rejimdən fərqləndirmək vacibdir. Burada Nensi Pelosinin İrəvana səfəri zamanı ABŞ-ın Ermənistanda demokratiyanı müdafiə edəcəyini bildirdiyi bəyanatını xatırlatmaq istərdim. Bu, mövcud rejimi qorumaq demək idi və bu prizmadan yanaşsaq, britaniyalı nazirin açıqlamaları da eyni məna daşıyır. Rusiya Ermənistan üçün təhlükə yaratmır, lakin indiki rejim üçün təhlükə hesab olunur"- Melkonyan belə deyib.

Melkonyana görə, “Qərb Ermənistanda hakimiyyət dəyişikliyini demokratiyanın qələbəsi kimi tanıyıb və indiki davakar rejimi yalnız bir səbəbdən demokratik hesab edir. Bu da o anlama gəlir ki,  Qərb 2018-ci ildə baş verən "məxməri inqilab" nəticəsində hakimiyyətə gələn siyasi komandanı dəstəkləyir. Amma sabah eyni üsulla hakimiyyətə başqa komanda gəlsə, Qərb “hakimiyyətin ələ keçirildiyini” deyib yaxasını kənara çəkə bilər. Bir sözlə, Qərb demokratiya anlayışını özünün siyasi mənafeyinə əsaslanaraq müəyyən edir”. Xoşları gəlmədiyi müsəlman ölkələrində daim antidemokratik fikirlər və hərəkətlər axtarırlar. Simasız hayların inanıb sevdikləri Qərb hətta onlara ayaqqabı əskisi kimi baxır. Təbii ki, bu əski ilə çəkmələrinin tozunu siləndən sonra zibil qutusuna atacaqlar.

Axmaq haylar iyirmi birinci əsrə gəlib çıxsalar da bu həqarəti hələ də başa düşmək istəmirlər. Dörd yana baxmaqdan çəpgöz olan haylar gah İranın, gah Fransanın, gah Hindistanın, gah da ABŞ-ın buyuruqlarını yerinə yetirməyə səy göstərsələr də təhlükəli vəziyyətdən çıxmaq əvəzinə  daha ağır şəraitə düşürlər. Aprelin 5-də Belçikanın paytaxtında baş tutacaq “kəbin mərasimində” Hayastanın “adaxlılarının” sıraları bir qədər də genişlənəcək. Ancaq bunun hay yığnağına bir xeyri olacaqmı? Hayların çoxu belə düşünmür. Çətin ki, olsun. Çünki o “kəbin mərasimindən” heç də yaxşı iy gəlmir. Çünki ondan sonra Ermənistanın başına nələr gələcəyini heç kim təsəvvürünə gətirə bilmir. İrəvanda bir yaşlı qadın paytaxt televiziyasına müsahibəsində qısa tərzdə söylədi ki, "hər yüz ildən bir biz qırılmalıyıq, çünki qansız yaşamağa öyrəşmirik." Çox lakonik və doğru bir fikirdir.

Belə bir el məsəli var: "Bir dəli quyuya bir daş atdı, qırx ağıllı yığışıb onu oradan çıxara bilmədi". Haylar otuz beş ildir ki, quyuya atıqları "daşı" çıxara bilmirlər. Günahkarı kimdir? Özləri. Gözlərini qan örtəndə etdikləri dəliliklər indi keçilməz maneə kimi qarşılarını kəsib. Yaxın qonşuları olan Azərbaycan və Türkiyə ilə düşmənçiliyi yerə qoymaq, sülhə gəlmək, münasibətləri normallaşdırmaq əvəzinə əksinə, onu davam etdirən Ermənistanın acı aqibəti qaçılmazdır. 2016-cı ilin dörd günlük Aprel döyüşlərindən dərs götürməyən, 2020-ci ildəki 44 günlük sınaqdan sınıq çıxan haylar yenə köhnə peşələrini əllərinə alıblar. Yəni, kim bir balaca üz göstərirsə qaçıb onun kölgəsinə sığınırlar. Barış əvəzinə başına “şayka” yığan bu bədbəxtlər qan axıtmaqdan gözləri doymur.  Rəzillik, torpaq hərisliyi, tamahkarlıq, xəyanətkarlıq, namussuzluq, yaltaqlıq və s. hayları dünya düzənində ən axırıncı yola salıb. Onların boyuna biçilən də elə budur. Tarixin keçən yüzilliklərində cılız və axmaq haylar bu qılafdan çıxa bilməyiblər, çünki sivil dünyadan görüb-götürməyi bacarmırlar.

Vəli İlyasov, "İki sahil"