03 aprel 2024 01:15
429

Siz yeməyə bu qədər pul verərdiniz?

Hamımız yeməyi sevirik. Hətta bəzən yeni yeməkləri sınaqdan keçirməyə çalışırıq. İstər ekzotik və qəribə meyvələr, istərsə də sağlam pəhriz yeməkləri olsun, qidalanma həmişə həyatda ən vacib prioritetlərdən biri olub və olacaq. Bu, təkcə sağ qalmağın yolu deyil, həm də dad reseptorlarınızı “əzizləmək” üçün bir fürsətdir.

Biz adətən, hər şeyi ucuz olanda xoşlayırıq, lakin bəzən ləzzətli bir şey cüzdanımızı boşaltsa da “dadlı bir şey” yemək istəyirik. Bu siyahıdakı qidaları dadmaq ehtimalınız az olsa da, gəlin, insanların mədələrini sevindirmək üçün nə qədər pul xərcləməyə hazır olduqlarını öyrənək. Beləliklə, dünyanın ən bahalı 10 qida məhsulu hansılardır?

Matsutake göbələkləri

Bu göbələklərin nadirliyi onların qiymətini yarım kiloqramı üçün 1000 dollara qədər qaldırır. Matsutake və ya mattakenin vətəni Yaponiyadır və bir neçə Asiya ölkəsində də yetişir. Matsutakeni yetişdirmək üçün başqa heç bir yol olmadığı üçün onların Yer üzündən tamamilə yox olma ehtimalı var.

Ən bahalı simit

Simitləri sağlam qida adlandırmaq mümkün olmasa da, bu kökələr kifayət qədər doyurucu, dadlı və münasib qiymətədir. Ən bahalı simit isə bir qədər fərqlidir, ağ trufel, qızılyarpaq və qoji giləmeyvə mürəbbəsi ilə "ədviyyatlı" qaymaqlı pendirlə hazırlanır. Səhər yeməyində bunlardan birini yeməyə nə deyirsiniz? O zaman bunun üçün 1000 dollar xərcləməyə hazır olun, çünki ağ trafl qiymət/çəki nisbətinə görə dünyanın ən bahalı malları siyahısında ikinci yeri tutur.

Premium frittata

Qəribədir ki, bu yemək "milyon dollarlıq fritatta" ləqəbi alıb, baxmayaraq ki, bu qastronomik möcüzəni sınamaq üçün cəmi 1000 dollar ödəməlisən. Xidmət başına. 30 qramı 65 dollara başa gələn, xərçəng, yumurta və nərə balığının kürüsündən ibarət yemək haqlı olaraq dünyanın ən bahalı səhər yeməyindən biri adlandırıla bilər.

Vagyu mal əti biftek

Bu tikəni bu qədər baha edən (hər biri 2800 dollar) onun ətlərinin ağızda əriməsi üçün pivə ilə bəslənən və masaj edilən Vagyu inəklərindən gəlməsidir. Absurd yüksək qiymətə əlavə olaraq, bu biftek həm də inanılmaz dərəcədə yağlıdır, yəni sifariş edərkən təkcə pul kisənizi yox, həm də sağlamlığınızı düşünməlisiniz.

Samundari Xəzanah

Bu yeməyin qiyməti 3200 dollar olduğu üçün dünyanın ən bahalı karrisi adlanır. O, Mumbayda “Slumdog Millionaire” filminin premyerasında qəbul üçün hazırlanıb. Aşpazlar tapa bildikləri ən bahalı inqrediyentləri topladılar: ağ traffl, Devon cır, beluqa kürüsü və s.

Pizza Royal 007

4200 dollarlıq bu pizza Domeniko Krolla tərəfindən hazırlanıb və dünyanın ən bahalı yeməklərindən biridir. 12 düymlük pizzada konyakla marinadlanmış omar dilimləri, şampanla isladılmış kürü, hisə verilmiş şotland qızılbalığı, köhnə balzam sirkəsi, geyik əti, proskiutto var.

Densuke qarpızı

Yəqin ki, ən bahalı giləmeyvə haqqında eşitmisiniz, lakin densuke qarpızı bu qiymət yarışında asanlıqla qalib gəlir. Bu, yalnız Yaponiyanın Hokkaydo adasında bitən xüsusi qara qarpız növüdür. Niyə bu qədər nadir və bahalıdır? Bəli, çünki hər məhsuldan cəmi 65 qarpız yığılır. Adətən, onlar hədiyyə olaraq verilir. 6100 dollardır. Dadının adi qarpıza bənzədiyi, şirinliyində cüzi fərq olduğu deyilir.

Yubari qovunları

Dansukenin ən bahalı meyvə olduğunu düşünürsünüzsə, bir daha düşünün, çünki yubari qovununun iki ədədi 22872 dollara başa gəlir və onu dünyanın ən bahalı qidalarından birinə çevirir.

"Almas" kürüsü

Londonda Caviar House və Prunierə baş çəkərək bu kürünü dada bilərsiniz. Üstünüzdə 25 min dollar gətirməyi unutmayın, çünki bu İran kürüsünün qiyməti bu qədərdir, 999 əyar qızıl qabda satılır.

Ağ trufel

Trufel dünyanın ən bahalı qidasıdır, çünki onu yetişdirmək çox çətindir. Bu, onu bütün göbələklərin kralı edir. Ən bahalı trufel Honq-Konqda bir investorun aldığı 160 min dollara başa gələn göbələk olub. Onun çəkisi 1,5 kiloqram idi.

Nubar Süleymanova, “İki sahil”