Dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi onun 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburqda ucaldılacaq.
“İki sahil” xəbər verir ki, şəhər administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.
"Biz Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında, onun anadan olmasının 140 illiyində baş tutacaq", - qubernator bildirib.
Qeyd edək ki, Üzeyir Hacıbəyli (1885-1948) 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Bu müddətdə o, “Arşın mal alan” musiqili komediyasını yazıb.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib