03 aprel 2024 00:18
298

Aİ təhlükəsizliklə bağlı ciddi çağırışlara üz-üzədir - Şarl Mişel

“Bizi çətin günlər və çağırışlar gözləyir. Avropa İttifaqını gücləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün olan hər şeyi etmək lazımdır”.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, bu sözləri Avropa Şurasının rəhbəri Şarl Mişel Vilnüsdə jurnalistlərə açıqlamasında deyib.

Mişelin sözlərinə görə, Aİ təhlükəsizliklə bağlı ciddi çağırışlara cavab axtarışları ilə üz-üzədir. Aİ rəsmisi onu da qeyd edib ki, Kiyevə yardım qeyd-şərtsiz təsdiqləməlidir:

“Biz lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyik. Bunun üçün bütün mümkün maliyyə və hərbi resursları səfərbər edəcəyik, siyasi yardımdan istifadə edəcəyik”.