Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Xaricdə yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı üzrə federal naziri Çaudri Salik Hüseyn (Chaudhry Salik Hussain) ilə iki ölkə arasında məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə o, "X"də yazıb.
"Pakistanın Xaricdə yaşayan Pakistanlılar və İnsan Resurslarının İnkişafı üzrə federal naziri Çaudri Salik Hüseyn ilə məhsuldar görüş oldu. Azərbaycan və Pakistan arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığa dair fikir mübadiləsi apardıq", - diplomat qeyd edib.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib