Azərbaycan hökuməti və yerli diaspor müharibə başlayandan bəri Ukraynaya əvəzsiz yardımlar göstərib.
“İki sahil” xəbər verir ki, bunu Ukrayna ordusunun zabiti, azərbaycanlı Murad Nəsirov “Diaspora TV”də jurnalist Həmid Həmidovla söhbətində deyib.
Onun sözlərinə görə, müharibənin əvvəlində diaspor Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılması üçün ayrıca qatar təşkil edib, ancaq ukraynalılar da bu qatardan istifadə edə bilərdilər: “Bu qatarın vəsaitini tamamilə Azərbaycan diasporu ödəyib və özünü ən yaxşı tərəfdən göstərdi”.
Ukraynalı zabit Azərbaycanın mütəmadi olaraq Ukraynaya humanitar yardım göndərdiyini də xatırladıb: “2022-ci ilin mart ayında biz SOCAR yanacaqdoldurma məntəqəsinə getdik. Mənim maşınımda həmişə Azərbaycan və Ukrayna bayraqları olub. Bizə dedilər ki, yanacaq doldurulma pulsuzdur. Yəni müharibə başlayanda SOCAR kömək edib, indi də edir. Təcili yardım maşınları, hərbçilər və könüllülər pulsuz yanacaq doldururlar”.
Azərbaycanın xarici işlər naziri Müqəddəs Taxt-Taca və İtaliyaya rəsmi səfərə yola düşüb
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO
Bakıda TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumu işə başlayıb - YENİLƏNİB/FOTO
Azərbaycanla İran arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb