Zəngəzur dəhlizinin açılmasının, əlbəttə ki, hər kəsə faydası olacaq.
“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
“Bu dəhlizin açılması həm bölgə, eləcə də Ermənistanın özü üçün ciddi fayda vəd edir. Bu mənada biz Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirik” – o qeyd edib.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib