Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısına dəyişiklik edilib.
“İki sahil”in xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Fərmanla xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "rəisinin müşaviri (köməkçisi), baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri" sözləri "aparatının rəhbəri və onun müavini, Xidmətin aparatında baş idarə, idarə (şöbə, bölmə) rəhbərləri və onların müavinləri, Xidmət rəisinin müşaviri və köməkçisi” sözləri ilə əvəz edilib.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib