04 aprel 2024 20:54
419

Ermənistan Azərbaycanla şərti sərhəddə yeni hərbi infrastrukturun yaradılması üçün intensiv işlər aparır

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır.

“İki sahil” xəbər verir ki, bu barədə "Caliber.az" öz mənbələrinə istinadla məlumat yayıb.

Qeyd edək ki, bütün bunlar Ermənistan tərəfinin son həftələr ərzində silahlı qüvvələrin sərhəddə cəmləşdirilməsi və növbəti hərbi təxribatın hazırlanması istiqamətində hərəkətlərinin məntiqinə uyğun gəlir. Paşinyanın “sülh gündəmi” belədir.