Dağlıq ərazilərdə bitki örtüyünün paylanma faizi 90.4 faizdir ki, bu da Azərbaycan üçün kifayət qədər yaxşı göstəricidir.
“İki sahil” xəbər verir ki, bunu “Azərkosmos”un Coğrafi İnformasiyalar Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov “İqlim dəyişikliyinə kosmosdan baxış” rəqəmsal platformasının təqdimatı zamanı deyib.
O bildirib ki, dünya üzrə bu orta göstərici 76 faizdir.
Qeyd edək ki, bu gün climatereport.az platformasının təqdimat mərasimi keçirilib. climatereport.az saytı üzərindən Azərbaycanda iqlim dəyişikliyini izləmək üçün müxtəlif datalar, xəritələr əldə etmək mümkündür.
İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir
Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub