Milli Məclisdə “Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında” hesabatının müzakirəyə çıxarılacağı vaxt müəyyənləşib.
“İki sahil”in xəbərinə görə, hesabat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 8-də keçiriləcək iclasında müzakirə olunacaq.
Toplantıya Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, qurumun rəsmiləri və deputatlar qatılacaq.
Sənədi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edəcək.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib