Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda alkoqollu içkilərin istehsalı və idxalı ilə əlaqədar bir sıra qanunvericilik aktlarına dəyişikliklərin edilməsini təklif edir.
“İki sahil” xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli deyib.
Q.Təhməzli bildirib ki, hazırda alkoqollu içkilərin istehsalı sahəsində həddindən çox təsadüfi sahibkarlıq subyektləri fəaliyyət göstərirlər.
"Onlar istədikləri formada alkoqollu içkilərin satışını həyata keçirirlər. Bu səbəbdən dövlət nəzarəti gücəndirilməlidir və yaxın zamanda bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək", - AQTA-nın sədri deyib və əlavə edib ki, təkliflər pareti genişdir.
O vurğulayıb ki, bu məhsulların istehsalçıları və idxalçıları “Qida təhlükəsizliyi haqqında” qanunun tələblərinə ciddi şəkildə əməl etməlidirlər: "AQTA bütün spirtli içki istehsal edən müəssisələrdə müvafiq yoxlamalar həyata keçirəcək. Yoxlamaların həyata keçirilməsi nəticəsində təkrar qeydiyyat olacaq. Həmin tələblər yerinə yetirilməzsə sanitar norma və qaydalara əməl etməyən spirtli içki istehsalı müəssisələrinin fəaliyyətinə icazə veriləməyəcək".
İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçirilir
Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub