“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Xidmət” MMC-nin nizamnamə kapitalı 7 400 manat və yaxud 11,4 % azaldılır.
"İki sahil" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin kapitalı 65 018 manatdan 57 618 manata endiriləcək.
Xatırladaq ki, “ASK Xidmət” 2018-ci il tarixində yaradılıb. Şirkət ASK-nın mülkiyyətində olan əmlakları idarə edir.
Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb
“AzərEnerji” və “TotalEnergies” arasında əməkdaşlıq məsələləri müzakirə olunub