Şəfəq yaşayış məntəqəsinə qəsəbə statusu verilib.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Abşeron rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, Şəfəq qəsəbəsi mərkəz olmaqla Şəfəq qəsəbə inzibati ərazi dairəsi yaradılacaq və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil ediləcək.
Şəfəq qəsəbəsinin ərazisi 258 hektar olacaq. Hazırda faktiki əhalisi isə 8850 nəfərdir.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib