07 aprel 2024 13:14
367

Xəyanətkar bloqgerlik və «siyasi şərhçi»lik...

Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı( Aİ)- Ermənistan müştərək konfransında qərara alındı ki, Ermənistanın hərbi müqavimət gücünü artırmaq üçün ona həm maliyyə, həm də hərbi dəstək verilsin. Yəni, məqsəd yaxın perspektivdə Ermənistanda Aİ-nin mülki missiyasını hərbi missiyaya çevirməkdir. Bu isə birbaşa Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı atılan növbəti addımdır.

Lakin bu konfransın nəticələrini Azərbaycanın əleyhinə istifadə edən yalnız ermənilər deyil, eyni zamanda, «sapı bizdən olan baltalar»dır. Məsələn ,  özünü «konfliktoloq» adlandıran Arif Yunus sözügedən 5 aprel görüşünü şərh edərkən daha çox Qərbə bəraət qazandırmağa çalışır. O, erməni jurnalistə istinadən bildirir ki, 5 aprel görüşünün 80 faizi Rusiya və Azərbaycanla bağlı müzakirələrə həsr olunub. Ancaq o, ya məlumatsızdı,r ya da bilərəkdən təhrif edir ki, görüş zamanı Qərb Ermənistanla bağlı qapılar arxasında hərbi məsələləri müzakirə edib. Yəni bu, bir daha göstərir ki, onlar Ermənistanı silahlandırımaqla, Cənubi Qafqazı yenidən müharibə ocağına çevirmək istəyirlər. Bu məsələdə isə əsas hədəf  Azərbaycandır.

Eyni zamanda, Avropada məskunlaşmış sabiq səfir Arif Şahmarlı da ABŞ və Aİ-nin regiondakı oyunlarına bəraət qazandırmağa çalışır. O bildirir ki, Brüsseldə açıqlanan mesajlar Azərbaycana yox,  Rusiyaya qarşı ünvanlanıb. Yəni, onun da buradakı missiyası qrant aldığı , yemləndiyi Qərbi müdafiə etməkdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ ötən həftə sözügedən konfransla bağlı bildirmişdi ki, Ermənistanın baş naziri ilə  görüşü təşkil edənlər birbaşa Azərbaycanı hədəfə alıblar və məğlub Ermənistanı sülh müqaviləsini imzalamamağa təhrik edirlər. Ona görə də həm Prezident İlham Əliyev,  həm də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində Brüsseldəki üçtərəfli konfransa etiraz ediliməklə onlara xəbərdarlıq edilib.

Lakin nədənsə ABŞ-da məskunlaşan xəyanətkar bloqger, daim anti-Azərbacan fəaliyyəti ilə məşğul olan Sevinc Osmanqızı və Alexs (Ələkbər) Raufoğlu bu reallıqları görməzdən gələrək Ermənistana dəstək nümayiş etdirirlər.  Eyni zamanda, Avropada məskunlaşan və mühacir alveri ilə məşğul olan digər bloqger Qənimət Zahid də Qərbin anti-Azərbaycan havasına züy tutmaqla məşğuldur. Bu həmin Qənimət Zahiddir ki, Fransa kəşfiyyatı ondan bu gün də ölkəmiz əleyhinə istifadə etməkdədir. Məhz onun bütün  informasiya təminatı da Fransanın kəşfiyyat orqanlarına bağlı believe.com informasiya-kommunikasiya xidməti tərəfindən həyata keçirilir. Həmçinin Qənimət Zahidin maliyyə təminatı da Fransanın kəşfiyyat orqanları tərəfindən həll edilir.

Bəli, məhz  radikal müxalifət partiyalarının saxta sənədləri ilə müxtəlif ölkələrdə lövbər salan antimilli  bloqgerlər  ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparmaqla onun beynəlxalq imicini  bu gün də qaralamağa çalışırlar. O da məlumdur ki, sığındıqları ölkələrdə sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan bu şəxslərin öz hesablarına internet TV-lər yaratmaları, bir ayda bir neçə dəfə bu ölkədən o ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Bütün bunlar bir daha təsdiq edir ki, onları öz çirkin məqsədləri üçün maliyyələşdirən qeyri şəffaf dairələr var. O dairələr isə bəllidir: bəzi Qərb dövlətlərinin  xüsusi xidmət orqanları və erməni lobbisi…

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan əleyhinə təbliğat aparan mühacir internet TV-lər və «siyasi şərhçilər» daha çox erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada fəaliyyət göstərirlər. Azərbaycan cəmiyyətini narahat edən onların böhtan və yalan kampaniyası deyil. Çünki onların xalq dilində desək əti nədir ki, budu da nə ola… Bizi narahat edən «sapı özümüzdən olan baltalar»ın düşmənin  əlində alətə çevrilməsidir.

Məhz belə simasızların əli ilə Azərbaycan Ordusunun Qarabağdakı hərbi  zəfərlərinə, ərazi bütövlüyümüzün tamamilə təmin edilməsinə beynəlxalq arenalarda böhtan atılır. Məhz onların xəyanətkar təbliğatı nəticəsində ermənilər əzilən, etnik təmizləməyə məruz qalan yazıq millət kimi tanıdılır. Onlar hələ də avantüra ilə məşğul olaraq yalanları fakt kimi cəmiyyətə sırımaq istəyirlər.  Xüsusilə onların  guya  Azərbaycanda mətbuata qarşı basqı və təzyiqlər var kimi iddiaları qətiyyən qəbul edilən deyil.

Sonda vurğulamaq lazımdır ki,  anti-Azərbaycan qüvvələr nə qədər çalışsalar belə ölkəmizin haqlı və qətiyyətli mövqeyinə,  Qarabağdakı  zəfərlərinəkölgə sala bilməyəcəklər.

Elçin Zaman, «İki sahil»