Aprelin 18-də, saat 09:30-da rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Ağdaş, Göyçay, Yevlax və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.
“İki sahil” nazirliyə istinadən məlumat verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula aprelin 17-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin (010) 250-48-48 və (012) 598-58-58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır
Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin məhsulları müxtəlif ölkələrə ixrac olunur