08 aprel 2024 15:12
307

Qoşulmama Hərəkatına sədrlik dönəmində Konqo hər zaman Azərbaycanı dəstəkləyib

Parlaq gələcəyə uğurlu addımlarla irəliləyən müstəqil Azərbaycanın siyasi, iqtisadi, regional və.s baxımdan inkişafında müxtəlif zamanlarda ayrı-ayrı ölkələrlə bağladığı saziş və müqavilələrin müstəsna rolu vardır. 4 aprel 2024-cü ildə Konqo Respublikasının Prezidenti Deni Sassu Nqessonun Azərbaycana rəsmi səfəri baş tutmuş, Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü keçirilmişdir. Səfər çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi reallaşıb.Cənab prezident İlham Əliyev və Deni Sassu-Nqesso* Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında bəyannamə* ni imzalayıblar.Həmçinin başqa sənədlər də imzalanıb.

Prezident İlham Əliyev mətbuata çıxışı zamanı imzalanan bəyannaməni çox önəmli və sanballı sənəd kimi qiymətləndirib. "Əminəm ki,Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq"- deyə cənab Prezident İlham Əliyev qeyd edib.

 Dövlət başçısı onu da qeyd edib ki,Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir,ilk növbədə kənd təsərrüfatı sahəsində

"Bərpa olunan enerji sahəsində,energetika sahəsində,mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var"-deyə cənab Prezident İlham Əliyev bildirib. Konqo təbii resurslarla zəngin neft hasil və ixrac edən ölkədir.Bu ölkə inkişaf etmiş kənd təsərrüfatı infrastrukturuna malikdir.Bu sahələrdə Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğu Bəyannamədə qeyd olunub. Qeyd edək ki,Azərbaycan noyabr ayında beynəlxalq tədbirə -BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) ev sahibliyi edəcək.Azərbaycan bu məsələdə də Konqo ilə əməkdaşlıq qurmaqda maraqlıdır. Təbii ki,bunun səbəbi var: Üçdə iki hissəsi meşələrlə örtülü olan və meşələrin qırılma səviyyəsi aşağı olan Konqo Respublikası Konqo hövzəsində ekosistemlərin qorunmasında mühüm rol oynayır. Göründüyü kimi Konqo  prezidentinin Azərbaycana ilk səfəri Bakının Qoşulmama Hərəkatı çərçivəsində uğurlu fəaliyyətinin nəticəsidir .Belə ki, Qoşulmama Hərəkatına 4 il uğurla sədrlik edən Azərbaycana Konqonun dəstəyi hər zaman hiss olunub.

Aprelin 4-də həyata keçirilən rəsmi səfəri hər iki tərəf yüksək qiymətləndirmişdir,iki ölkə arasında əməkdaşlığın,siyasi əlaqələrin daha da möhkəmləcəyinə inamını qeyd etmişlər.

Ayşən Hüseynzadə,
Bakı şəhəri,263 nömrəli tam orta məktəbin müəllimi,
YAP Xətai rayon ərazi partiya təşkilatının üzvü