Azərbaycan Prezidenti İlham Əliyev Yuxarı Şirvan suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq.
“İki sahil” xəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasən kanal bundan sonra Şirvan suvarma kanalı adlandırılacaq.
Prezident Dövlət Su Ehtiyatları Agentliyinə Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini tapşırıb.
Qeyd edək ki, ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədləri hazırlanıb.
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır
Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin məhsulları müxtəlif ölkələrə ixrac olunur