Bakıda piyada svetoforunun düyməsi sındırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, naməlum şəxs və ya şəxslər Bibiheybət yolu, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin qarşısında yerləşən 1 ədəd piyada svetoforunun düyməsini sındırıblar: "Nəticədə də svetofor işləmədiyindən piyadalar yolu keçməkdə çətinlik çəkirlər. Problemin qısa zaman ərzində həll edilməsi üçün tədbirlər görülür. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi xatırladır ki, dövlət əmlakının qəsdən məhv edilməsi və zədələnməsi müvafiq olaraq inzibati və ya cinayət məsuliyyəti yaradır".
AİB-nin Direktorlar Şurasının üzvləri Azərbaycana səfəri çərçivəsində ADY-də olublar
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyində yeni modernizasiya mərhələsinə başlanılır
Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb
SOCAR-ın "Azərkimya" İstehsalat Birliyinin məhsulları müxtəlif ölkələrə ixrac olunur