09 aprel 2024 01:36
318

Brüssel görüşünün Tavuşdakı fəsadları...

Hayları “dəmir yumruq” da ağıllandırmadı

El arasında belə bir deyim var: "Əlisi dəli, Vəlisi dəli, bu qırılmışın hamısı dəli." Bəli, bu qırılmışın hamısı dəli olur. Ağıllı olsaydılar heç olmasa üç il yarım əvvəl yedikləri kötəkdən nəticə çıxarardılar.  Amma görünən o ki, kötəklər bəs etməyib bunlara. Biabırcasına məğlub olsalar da pişik kimi arxalarını yerə vermir, meymun kimi bu ağacdan o ağaca hoppanırlar. Bu rəzillik onlara südlə gəlib, yəqin sümüklə də çıxacaq. Vaxtilə həyasız ulu babaları da bu gündəydilər, vələdləri də heç artırmayıblar, babalarının balalarıdır. Aravuran derderlər, hiyləgər keşişlər, kinli yepiskoplar, qərəzkar katalikoslar, məlun patriarxlar,  davakar xmbapetlərz, zatıqırıq naxaqalar və s. at ilxısı, köpək sürüsü. Özgələrin torpaqlarını əllərindən qan tökməklə almağın həvəskarlarıdır, lakin özgələrin əli ilə. Qorxaq ermənilər cəsarəti rusların “dəli Petro” adlandırdıqları I Pyotrun sayəsində qazandılar. Onlara dəstək o qədər güclü oldu ki, qudurub yollarını azdılar. O vaxtdan bu vaxta vəhşiləşmş ermənilər rus çarlarının və sonradan gələn dövlət  başçılarının hərbi yardımları ilə Azərbaycanın ərazilərini qoparmaqla, mədəni, tarixi abidələrimizin altına gizlicə xaç basdırıb, sonra onu “kəşf” edərək oranın qədim Hayastan ərazisi olduğunu iddia etməklə məşğul oldular.

Ancaq daha o dövran keçib, indi iki yüz il etdiklərinin bədəlini ödəməyin  vaxtı gəlib. Ancaq yelbeyin hayların bəziləri bunu yaxın buraxmır, sadə adamları qızışdırıb ayağa qaldırmağa, təzə qanlar axıtmağa çağırırlar. Yəni, həmişəki peşələrini yenə də əllərinə alıblar. Haylar əvvəllər yüz hiylə ilə zəbt etdikləri torpaqlarımızı boşaltmaq istəmir, oraları həmişəlik “özəlləşdirməyə” çalışırlar. Halbuki həmin əraziləri boşaltsalar sülh bağlanması tam real olardı. Ancaq sərsəmliklərinə uyğun olaraq haylara dinc həyat lazım deyil. Brüssel görüşündə verilən vədlər onları “cızığından” çıxarıb. Cəsarətə gəlib şərti sərhədlərdə qarğa-quzğun kimi toplaşır, bizim tərəfə atəş açırlar.   Söhbət Ermənistanın işğalı altında qalan 8 kənddən gedir. Necə deyərlər, “gönü suya verən bu nadan toplum”  qırsaqqız olub 8 kəndimizdən çıxmaq istəmirlər. Hətta silahlanıb Azərbaycan Ordusuna qarşı döyüşəcəklərini bildirən ağılsız revanşistlər birə kimi həmin kəndlərə daraşıb əhali arasında qızışdırıcı təbliğat da aparırlar. Görün sülhdən, əmin-amanlıqdan danışmalı olan derder nə deyir:

“Əskipara sadəcə kənd, coğrafi nöqtə olmaqdan çıxıb. O, mübarizə və qələbə rəmzinə çevrildi”.

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının baş keşişi, yepiskop Baqrat Qalstanyan Müqəddəs Məryəmin anım günü - ibadət zamanı bu sözlərlə sərhəd kəndinin sakinlərinə müraciətində belə revanşist iddialar irəli sürərək Qazaxın işğal altındakı kəndlərinin qaytarılmasına qarşı çıxıb.

Qanı zəhərlənmiş keşiş iddia edib ki, “sərhəddə yerləşən məbəd Allahın himayəsinə şəhadət verir, həm də həyatımızın dirilməsinin simvoludur.”

“Biz həlledici məqamla üz-üzəyik. Məhz burada, bu ərazidə və bu anlarda erməni xalqının gələcəyinin əsasını təşkil edəcək gün hazırlanır. Həyatımız burada başlayır, amma burada bitmir. O, dirilmə yolunda sınaqlardan keçəcək”, - erməni keşiş sərsəmləməkdə davam edib. Unudub ki, dediyi “həlledici məqamları” 2020-ci ildə itiriblər. Amma çox ciddi səhv edir. Əgər Azərbaycan Ordusuna atəş açarlarsa onları elə orada “bitmə” gözləyir. Güllə kimin keşiş, kimin asi olduğunu qanmır.

Bir vaxtlar bütün ermənilərin katalikosu II Qaregin və bir çox başkəsən keşişlər də çiyinlərindən avtomat silah asıb Qarabağda döyüşməkdən dəm vururdular. Ancaq Azərbaycan Ordusunun dronlarının xofu  qəhrəmanlıqdan danışanları göz açmağa belə imkan vermədi, göydən başlarına od yağdırıldı, bit-birə kimi qaçmağa vadar etdi. Özləri və generalları arvad paltarı geyinərək qaçıb canlarını birtəhər qurtardılar. Lənətlik başkəsən babaları general Andronik də Laçında darmadağın ediləndən sonra bu qiyafədə qaçmışdı. Sağ əllərindən gələn işdir. Yola gəlməsələr keşiş Baqratı və qulbeçələrini də  belə bir acı tale gözləyir.

Vəli İlyasov, “İki sahil”