09 aprel 2024 12:18
340

Heydər Əliyev adına Hərbi İnstituta yeni ixtisaslar əlavə olunub

Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta qəbul qaydalarında yenilik edilib.

Nazirlikdən “İki sahil"ə verilən məlumata görə, Hərbi İnstituta yeni ixtisaslar əlavə olunub.

Bildirilib ki, institutda I ixtisas qrupu üzrə Menecment, III ixtisas qrupu üzrə isə Beynəlxalq münasibətlər və Tarix ixtisasları da tədris olunacaq.

Həmçinin, institutda 1-ci ixtisas qrupu üzrə Aerokosmik mühəndislik, Elektrik və Elektronika mühəndisliyi, Mexanika mühəndisliyi, Radiotexnika və Telekommunikasiya mühəndisliyi, eləcə də Sistemlər mühəndisliyi ixtisasları tədris olunur.