09 aprel 2024 18:23
338

Respirator virus infeksiyalarına görə gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.

Müdafiə Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, ölkəmizdə mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq gənc əsgərlərin ailə üzvləri və yaxınları ilə görüşü məhdudlaşdırılıb.

Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına xüsusi diqqət yetirilməsi, şəxsi heyətin respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirləri anlayışla qarşılamağı və hərbi hissələrə gəlməmək xahiş edilir.