İsveçrə Avropa Şurasından çıxmalıdır.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin ən böyük siyasi qüvvəsi - sağçı mühafizəkar İsveçrə Xalq Partiyasının bəyanatında deyilir.
Partiya Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) İsveçrəni iqlim dəyişikliyi ilə mübarizə üçün adekvat tədbirlər görməməkdə ittiham edən qərarına cavab verib.
Bəyanatda vurğulanıb ki, AİHM-in qərarı “qalmaqallı” adlanır.
Qeyd edilib ki, Avropa məhkəmələrində reallığın inkarı açıq şəkildə üstünlük təşkil edir və Strasburq hakimləri İsveçrənin CO2 emissiyalarının azaldılması baxımından nümunəvi olduğunu nəzərə almayıblar.
Bununla əlaqədar, partiya xarici hakimlərin müdaxiləsini qətiyyətlə pisləyib və İsveçrəni Avropa Şurasından çıxmağa çağırıb.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib