10 aprel 2024 20:05
586

Bodrum çimərliklərində tətil izdihamı - FOTO

Türkiyənin Muğla vilayətinin dünyada məşhur turizm bölgəsi olan Bodrumda Ramazan bayramının 1-ci günündə çimərliklərdə sıxlıq yaşanıb. Yerli və xarici turistlər dənizdə çimərək, günəş vannası qəbul edərək isti havanın dadını çıxarıblar.

Dünyanın ən əhəmiyyətli turizm mərkəzlərindən olan Bodrumda havanın temperaturu 25 dərəcə, dəniz suyunun temperaturu isə 19 dərəcə olduğundan çimərliklərdə sıxlıq müşahidə olunub.

İstirahət edənlərin bəziləri dənizdə çimərir, bəziləri şezlonglarda uzanaraq kitab oxumağa və günəş vannası qəbul etməyə üstünlük veriblər. Bəzi istirahət edənlər də su idmanı ilə məşğul olaraq xoş anlar yaşadılar.

Qeyd edək ki, Bodrumda tətil zamanı çimərliklərdəki fəaliyyətin davam edəcəyi gözlənilir.

Orxan Vahidoğlu, "İki sahil"