11 aprel 2024 17:44
435

İsmayıllıda mağaza yandı

İsmayıllıda mağaza yanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonunun Keyvəndi kəndində ümumi sahəsi 10 m² olan mağazanın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından muhafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.