12 aprel 2024 18:54
368

Ordumuzun mövqeləri atəşə tutulub - SON DƏQİQƏ

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “İki sahil”ə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.