14 aprel 2024 12:56
293

Meydana qayıtdığı ilk oyununda ciddi zədə aldı

"Bavariya" ciddi itki ilə üzləşib.

“İki sahil” xəbər verir ki, Bundesliqanın 29-u turunun "Köln"lə oyununda (2:0) sıradan çıxan Kinqsli Komanın zədəsi ciddidir.

Klubun rəsmi saytı fransalı futbolçunun bir neçə həftə meydana çıxa bilməyəcəyini açıqlayıb.

Bu ilin yanvar ayında da zədələnən futbolçu meydana qayıtdığı ilk oyunda sıradan çıxıb. 

Qeyd edək ki, Koman bu mövsüm 27 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.