14 aprel 2024 15:43
280

Abdullahiyan: İsrailə zərbə məhdud xarakter daşıyıb

İran ABŞ administrasiyasına İsrailə hücumun məhdud xarakter daşıdığını bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirliyi Hüseyn Əmir Abdullahiyan deyib.

"Ağ Evə səhər mesajımızda bunun məhdud bir cavab olduğunu izah etdik", - deyən nazir, Vaşinqtonun İsrailə kömək edəcəyi təqdirdə ABŞ-ın bölgədəki bazalarını vuracağı ilə hədələyib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”