Azərbaycanda hidrogen istehsalı üzrə strategiya hazırlanır.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında energetika nazirinin müavini Elnur Soltanov deyib.
Onun sözlərinə görə, Avropa İnkişaf və Yenidənqurma Bankı (EBRD) tərəfindən təqdim edilən sənədə əsasən, Azərbaycanda istehsal ediləcək "yaşıl hidrogen" Avropada rəqabətqabiliyyətli olacaq.
"Hidrogen istehsalı bütün dünyada erkən mərhələdədir. Hidrogen tələb problemidir. Azərbaycanda da bununla bağlı ilkin addımlar atılır. İlkin arayışlar Azərbaycanın bu sahədə ciddi imkanlarının mövcudluğunu göstərir. Bu istiqamətdə EBRD-nin arayışı əsasında yeni məsləhətçi şirkətlərlə işə başlayacağıq", - E. Soltanov bildirib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır