Bu gün Bakıda Azərbaycan Mərkəzi Bankının (AMB) strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi, “Türkiye InsurTech Hub” və “New Generation Management Company”nin birgə təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə "Insurtech" zirvə toplantısı keçirilir.
“İki sahil” xəbər verir ki, tədbirdə Azərbaycanın və Türkiyənin sığorta sektorunun və texnologiya brendlərinin nümayəndələri, maliyyə bazarının digər təmsilçiləri iştirak edirlər.
Zirvə toplantısının başlıca məqsədi Türkiyənin sığorta şirkətlərinin rəqəmsallaşma sahəsində təcrübəsi və sektorun lideri olan texnologiya brendləri ilə birgə Azərbaycanın sığorta bazarında rəqəmsallaşmanın inkişafına töhfə verməkdir.
Tədbirdə AMB-nin sədri Taleh Kazımov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və digər rəsmilər çıxış edəcək, AMB-nin Baş direktoru Ziya Əliyev və türkiyəli spiker Fatih Acer sığorta sektorunun təhlilinə dair təqdimatla edəcək.
Həmçinin Azərbaycan və Türkiyə panelləri üzrə təşkil olunacaq müzakirələrdə qardaş ölkələrin spikerləri təcrübə mübadiləsi aparacaqlar.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır