Azərbaycanda son 3 ildə sığorta sektorunun aktivləri 34,2 % artıb.
“İki sahil” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"O cümlədən, sektorun balans kapitalı 7,7 % artıb. Bundan başqa, son 3 ildə ölkədə sığorta haqları 67,8 % artaraq 1 milyard 223 milyon manata, sığorta ödənişləri isə 26,3 % artaraq 587 milyon manata çatıb. Sektorun ümumi daxili məhsulda payı 1 % keçib. Apardığımız qiymətləndirmələr və beynəlxalq müqayisələr göstərir ki, bu göstəricini 2 %-ə çatdırmaq mümkündür", - deyə o qeyd edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır