Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır.
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Aİ sülh prosesində fəal iştirak edir: “Brüssel Ermənistanla Azərbaycan arasında bütün mübahisələrin sülh yolu ilə həlli prinsipinə sadiqdir. İlk növbədə iki ölkə arasında sərhədin delimitasiyası lazımdır”.
Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb
Prezident İlham Əliyev Almaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib