Bu ilin sonunadək Azərbaycanda təqdim olunan doğum, nikah, ölüm haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqəsinin tam rəqəmsallaşdırılması ilə bağlı müvafiq qanunvericililiyə dəyişikliklər ediləcək.
“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında deyib.
O bildirib ki, qeyd olunan sənədlər dövlət tərəfindən cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40 %-ni əhatə edir: "Bununla bağlı qanunvericiliyə 250-dən artıq akt, müvafiq dəyişikliklər ediləcək.
Bu dəyişikliklərlə dövlət və biznes, dövlət və vətəndaş arasında olan tranzaksiyaların böyük əksəriyyəti artıq elektron formata keçəcək".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır