Azərbaycanda növbəti addım olaraq Açıq Maliyyə Konsepsiyasının tətbiqi nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan İnsurtech Zirvəsində çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
“Sığorta sektorunun bu konsepsiyasının tərkib hissəsi olduğunu nəzərə alaraq düşünürəm ki, “insurtech”lərin də təşviqi istiqamətlərindən biri kimi inkişafına təkan verəcək”- Taleh Kazımov qeyd edib.
AMB sədri həmçinin əlavə edib ki, sığorta sahəsində Türkiyənin müvafiq qurumları ilə əməkdaşlıq genişləndirilir.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır