Son 5 ildə Azərbaycanın sığorta bazarında 15-18 %-lik artım müşahidə edilir.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün Bakıda keçirilən "Insurtech" zirvə toplantısında deyib.
Deputat qeyd edib ki, Azərbaycanda istismarda olan 1,5 milyon avtomobilin yalnız 3 %-nin könüllü sığortası mövcuddur: "ÜDM-in artması, əhalinin gəlirlərinin artması sığortaya olan tələbatı da artırır.
İnkişaf etmiş ölkələrdə sığorta xidmətlərinin ümumi daxili məhsulda (ÜDM) payı 8-12 %-dir. Azərbaycanda isə sığorta sektorunun ÜDM-də payı 1 %-ətrafındadır".
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır