2024-cü ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 9 mlrd 695.96 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 17.6% azdır.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 22.7% azalaraq 5 mlrd. 984 milyon ABŞ dolları, idxal isə 7.9% azalaraq 3 mlrd. 711.63 milyon ABŞ dolları təşkil edib.
Xarici ticarət dövriyyəsinə 2 mlrd. 272.71 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 38.9% az olub.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır