16 aprel 2024 14:39
172

Azərbaycan bu il 63 milyon dollarlıq neft məhsulları ixrac edib

Cari ilin yanvar-mart aylarında Azərbaycan 62 829,46 min ABŞ dolları dəyərində 105 241,69 ton neft məhsulları ixrac edib.

"İki sahil" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,86 dəfə, həcmi isə 2,85 dəfə azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 572 210,25 min ABŞ dolları dəyərində 925 225,07 neft məhsulları ixrac edib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2022-ci ilin göstəricisi ilə müqayisədə 8,5%, həcmi isə 20% artıb.