Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
FHN-dən "İki sahil"ə verilən xəbərə görə, hazırda vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə Nazirliyin Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Qarabağ Regional Mərkəzinin qüvvələri tərəfindən intensiv şəkildə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.
Əlavə məlumat veriləcək.