16 aprel 2024 16:09
208

Bakı-Quba yolunda yeni yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir- FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.

“İki sahil” Agentliyə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir.

Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid metal konstruksiyalıdır.

Hazırda keçiddə son tamamlama işləri görülür.

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunacaq.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat, təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.