16 aprel 2024 17:09
320

Kosmosdan Floridada bir evin damına düşdü - ŞOK

Beynəlxalq Kosmik Stansiyada olan zibil üç il kosmosda qaldıqdan sonra Floridada bir evin damına düşüb.

“İki sahil” RT-yə istinadla istinadla xəbər verir ki,  bu barədə NASA öz saytında məlumat yayıb.

Qeyd edilir ki, 2021-ci ilin mart ayında Beynəlxalq Kosmik Stansiyadan kosmosa təxminən 2,6 ton ağırlığında köhnəlmiş batareyaları olan bir yük atılıb.

Yoxlamalardan sonra bəlli olub ki, yerə düşən yük batareyalara quraşdırmaq üçün dayaq olub. Çəkisi 7,2 kq, hündürlüyü 10 sm, diametri isə təxminən 4 sm-ə çatır.

Nüsrət Məmmədov, "İki sahil"