Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın ümumi daxili məhsul (ÜDM) artımını 2,8 % səviyyəsində proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb
Ötən ilin oktyabrında IMF 2024-cü ildə Azərbaycanda iqtisadi artımı 2,5 % proqnozlaşdırırdı.
Bununla belə, Valyuta Fondunun IV maddəsinə uyğun olaraq məsləhətləşmələrdən sonra açıqladığı hesabata görə, 2024-2028-ci illərdə Azərbaycan iqtisadiyyatının orta illik artım tempinin 2,3 %, 2029-2032-ci illərdə isə illik 2,4 %-dən yuxarı olacağı proqnozlaşdırılıb.
IMF yeni hesabatında Azərbaycanın ÜDM artımını 2025-ci ildə 2,3 %, 2029-cu ildə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % səviyyəsində proqnozlaşdırır.
2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,1 % təşkil edib. (Report)
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır