Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 8,5 %-i səviyyəsində proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu “World Economic Outlook” hesabatının aprel sayında öz əksini tapıb.
IMF 2025-ci il üçün hesab profisitini ÜDM-in 8,1 %-i, 2029-cu ildə isə 4,3 %-i səviyyəsində proqnozlaşdırır.
Ötən ilin oktyabr hesabatına əsasən, 2024-cü il üçün bu proqnoz ÜDM-in 15,7 %-i, 2028-ci il üçün isə ÜDM-in 7 %-i təşkil edirdi.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 8 milyard 329,4 milyon ABŞ dolları və ya ÜDM-in 11,5 %-ini təşkil edib. 2022-ci illə müqayisədə profisit 64,5 % və ya 2,8 dəfə azalıb ki, bu da 2023-cü ildə neft və qazın ucuzlaşması ilə əlaqədardır.
Tədiyyə balansına əsasən, 2023-cü ildə neftin orta qiyməti bir barel üçün 85,9 ABŞ dolları olub. Halbuki 2022-ci ildə bu rəqəm 103,7 ABŞ dollarına bərabər idi.
Neft-qaz sektorunda profisit 17 milyard 91,5 milyon ABŞ dolları (40,4 % azalma), qeyri-neft-qaz sektorunda isə 8 milyard 762,1 milyon ABŞ dolları (68,9 % artım) təşkil edib.
Nazir: Azərbaycan balını beynəlxalq səviyyədə tanınan və etibarlı milli məhsula çevirmək qarşıda duran əsas hədəflərdən biridir
Azərbaycan Asiyanın aparıcı investisiya institutları ilə əlaqələrini genişləndirir
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır