17 aprel 2024 01:15
289

Gəzinti insulinə həssaslığı artırır və xərçəng riskini azaldır

Alimlər sübut ediblər ki, fiziki hərəkətsizlik ölüm hallarının 15%-nə səbəb olur. Bu gün müntəzəm idmanın olmaması demək olar ki, xərçəng, ürək-damar və bir çox başqa ağır xəstəliklər üçün böyük risk faktoru hesab edilir. "Rosiya 1" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində bu vəziyyətdən çıxış yollarından birinin müntəzəm gəzinti olduğunu söyləyiblər.

Tok-şou mütəxəssisləri bildiriblər ki, gəzinti, dozalı aerob fiziki fəaliyyət zamanı aktivləşdirilən sistemlər toxumaların insulinə həssaslığı və kanserogenlərin təsiri ilə mübarizədə böyük rol oynayır. Rusiyalı gəzinti təlimatçısı Dmitri Yurçenko tərəfindən hazırlanmış "Rus yelləncəyi" üsuluna görə, gəzinti zamanı bədənin yuxarı hissəsinin əzələlərinin-sinə, arxa və çiyin qurşağını da cəlb etmək idealdır: Normal gəzinti zamanı əzələlərin 45-50% -i işə cəlb olunursa, Skandinaviya və "Rus yelləncəyi" üsulu ilə əzələlərin 85% -ə qədəri hərəkət etmiş olur.

Nubar Süleymanova, “İki sahil”